"Qarabağ"ın futbolçusu Nihad Quliyev "Şamaxı"nın transfer siyahısındadır.
Sportal.az saytına verilən məlumata görə, "Şamaxı" yarımmüdafiəçi üçün Ağdam klubuna müraciət edib.
Bölgə klubunun rəhbərliyi Quliyevin transfer hüququna yiyələnmək istəyir.
21 yaşlı futbolçunun "Qarabağ"la müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Xatırladaq ki, "Şamaxı" yayda onu bir illik icarəyə götürmüşdü.