Polşa mətbuatı Kadi Borgesin "Qarabağ"dan "Krasnodar"a keçidi haqda yazıb.
Sportal.az xəbər verir ki, "Meczyki" portalı yarımmüdafiəçinin Rusiyaya yollanmaq qərarı verməsinin Polşa millisində oynamaq perspektivinə təsir edəcəyini qeyd edib:
"Görünən budur ki, hər şey Kadinin Polşa millisinə gedən yolunu bağlayıb. Hamısı Rusiyaya getmək barədə mübahisəli qərara görədir. Bütün bunları nəzərə alsaq, Kadinin nə vaxtsa Polşa millisində oynayacağını təsəvvür etmək çətindir".
Portalın yazdığına görə, bundan əvvəl Polşa Futbol Assosiasiyası və millinin sabiq çalışdırıcısı Çeslav Mixneviç "Spartak”a(Moskva) keçdiyinə görə Macey Rıbusı yığmadan uzaqlaşdırmışdılar.