Karyerasını Ukraynada davam etdirən Dmitri Nağıyev komandasını dəyişə bilər.
Sportal.az saytına verilən məlumata görə, hazırda “İnqulets” klubunda oynayan müdafiəçi “Aleksandriya”nın maraq dairəsindədir. 27 yaşlı futbolçunun “İnqulets”lə müqaviləsi mövsüm sonuna qədərdir.
“Aleksandriya” isə azərbaycanlı müdafiəçini qışda heyətinə qatmaq niyyətindədir. Qış toplanışından sonra Nağıyevin “İnqulets”də qalacağı, yoxsa “Aleksandriya”ya keçəcəyi dəqiqləşəcək.
Hazırda bu klub Ukrayna çempionatında birinci dövrədən sonra 16 komanda arasında 5-cidir və avrkuboklara vəsiqə uğrunda mübarizə aparır.
Nağıyev karyerası ərzində “Dnepr”, “Qarabağ Vyana”, “Maurverk”, “Sumqayıt”, “Ştumbars”, “Dinamo-Avto” klublarında oynayıb.