Braziliyalının ölkəmizə qayıdışının baş tutmamasının səbəbi

12:19 - 10 Yanvar 2023

"Kəpəz" və "Neftçi"də çıxış etmiş Dario Frederiko yenidən Azərbaycana oynamağa yaxın olub.

Sportal.az xəbər verir ki, hazırda Tanzaniyanın "Sinqida Yunayted" klubunda oynayan 31 yaşlı yarımmüdafiəçinin xidmətində "Səbail" maraqlı olub.

Belə ki, paytaxt təmsilçisinin yeni baş məşqçisi Şahin Diniyev "Kəpəz"dən yaxşı tanıdığı Darionu sərəncamında görmək istəyib. Amma Tanzaniya klubu Frederiko ilə üç illik müqaviləsi qüvvədə olduğundan onu buraxmaq istəməyib.

Xəbər xətti