"Qarabağ"ın sabiq məşqçisi Borçe Xristov Sportal.az saytına açıqlama verib. Şimali makedoniyalı mütəxəssis, hazırda "Vardar"da çalışan təcrübəli məşqçi Kadi Borgesin "Krasnodar"a transferini dəyərləndirib:
"Kadi Borges "Qarabağ" və Azərbaycan futbolu üçün çox yaxşı futbolçu idi. Onun "Krasnodar"a transferindən əldə olunan gəlir heç də aşağı deyil. Həqiqətən yaxşı qiymətə satıblar. "Qarabağ" yeni legionerlər tapa biləcək imkana sahibdir.
Arzu edirəm ki, "Qarabağ"ın xarici kluba satacağı növbəti futbolçu azərbaycanlı olsun. Çünki Azərbaycanda keyfiyyətə malik oyunçular var. Onlar da artıraraq, xarici klublara keçə bilər. Ümid edək ki, belə də olacaq. Kadi isə "Qarabağ" üçün aparıcı fiqur idi. Amma inanıram ki, klub yenə də uğurlu transferlər edəcək. Onlarda bu çox yaxşı alınır".
Mirbağırağa