"Səbail"in baş məşqçisi Şahin Diniyev Sportal.az saytına açıqlama verib.
Paytaxt klubunun çalışdırıcısı hələ ki, heç bir futbolçu ilə müqavilə imzalamadıqlarını söyləyib. Bununla yanaşı, o, axtarışların davam etdiyini bildirib:
"Bu dəqiqə hansısa futbolçu ilə müqavilə imzalanmayıb. Skaut şöbəmiz bir neçə futbolçu ilə danışıq aparır. Amma hazırda düşərgəmizdə heç bir futbolçu yoxdur və heç kimlə müqavilə bağlanmayıb. Lakin skaut şöbəsi bu yöndə iş aparır. Bir vingerə ehtiyacımız var. Axtarışlar və danışıqlar aparılır. Hələ tamamlanmayıb. Ona görə də, nəyisə açıqlamaq doğru deyil. Komandamız daha bir mərkəz müdafiəçisi görmək istəyərdim. Lakin bu məsələdə konkretlik yoxdur. Olacaqsa, lap yaxşı, olmasa bu heyətlə davam ediləcək".
Təcrübəli mütəxəssis Araz Abdullayevin "Səbail"ə keçmək ehtimalının olmadığını sözlərinə əlavə edib: "Araz Abdullayevin xidməti təklif olunmayıb. Onu komandamda görmək istəməmişəm məsələsi isə doğru deyil. Təklif olunmayıbsa, rəy bildirməyim etik normaya sığmır".
Mirbağırağa