"Sumqayıt" heyətini yaponiyalı futbolçu ilə gücləndirməyə yaxındır.
Sportal.az saytına verilən məlumata görə, "kimyaçılar" bu dəfə istədiyi futbolçunu Latviyada tapıb.
Belə ki, Samir Abasov "Valmiera"nın heyətində Latviya çempionluğunu yaşamış Masaki Murata ilə razılıq əldə edib.
"Kavasaki Frontale" yetirməsi olan Masaki “Qinshaym”, “Bavariya Alzenu”(hər ikisi Almaniya) və “İtuanı”(Yaponiya) klublarında oynayıb. O, Yaponiyanın U-17 yığmasının da formasını geyinib.
saytlarin hazirlanmasi