"Səbail"in müdafiəçisi Adil Nağıyev Sportal.az saytına açıqlama verib.
O, komandasının "Legiya" (2:2) və "Bohemians"a(0:0) qarşı keçirilən görüşünü dəyərləndirib:
"Həm "Legiya", həm də "Bohemians"la görüşləri fiziki yükləmələr fonunda keçirdik. Yorğun olmağımıza baxmayaraq, çox yaxşı mübarizə apardıq, yaxşı oynadıq. "Bohemians" güclü rəqib idi. Maraqlı oyun alındı. Rəqibə demək olar ki, qol şansı vermədik. Kollektiv kimi yaxşı çıxış etdik. "Legiya" haqda nəsə demək artıq olar, onları hamı yaxşı tanıyır. Biz sadəcə meydana çıxıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Eyni səviyyəli oyun getdi. Həm nəticə baxımından, həm də oyun baxımından “Legiya”ya uduzmadıq".
Nağıyev hava şəraitinin komandasının hazırlığına nə dərəcədə mane olub-olmadığına da aydınlıq gətirib: "Hava şəraiti çox yaxşı idi. Son günlərdə isə dəyişib. Amma bu işimizə təsir göstərə bilməz. Biz hər məşqə yüksək motivasiya ilə çıxırıq. Kollektivdə ab-hava çox dəyişib, artıq ailə kimi birləşmişik".
"Şamaxı"ya mövsümün sonuna qədər icarəyə verilsə də, geri qaytarılan müdafiəçi bunun Şahin Diniyevlə əlaqələndirib: "Bəli, “Səbail”ə qayıtmağım sırf Şahin Diniyevin istəyi ilə bağlı idi. Onun istəyi olmasaydı, geri qayıda bilməzdim".
Mirbağırağa