Mustafayevin Ukrayna klubunda qalıb-qalmayacağı bundan sonra bəlli olacaq

12:33 - 18 Yanvar 2023

Azərbaycanın U-21 yığmasında oynamış Emil Mustafayevin “Aleksandriya”da qalıb-qalmayacağı hələ ki, dəqiqləşməyib.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçinin adıçəkilən komandada qalması yeni baş məşqçi Ruslan Rotanın verəcəyi qərardan asılı olacaq.

Məsələ burasındadır ki, Ukrayna Premyer Liqasının iştirakçısı təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb. Məhz buradakı toplanışdan sonra Emilin “Aleksandriya”da qalıb-qalmayacağı dəqiqləşəcək. Onun hazırkı klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.

Xatırladaq ki, yarımmüdafiəçinin xidmətində "Neftçi", həmçinin “Lvov” və “Minay” maraqlıdır. Onun müqaviləsinin sonuna qədər "Aleksandriya"da qalmaq imkanına da sahibdir. Amma futbolçu bu mövsüm cəmi iki oyunda çıxıb və daha çox oyunda oynamaq üçün iş yerini dəyişmək istəyir. 

Xəbər xətti