"Muskron"da oynayarkən "Gent"ə qarşı bir neçə dəfə meydana çıxmışam. "Gent" əla komandadır, hücum futbolu oynayırlar. “Qarabağ” – “Gent” oyunları çox maraqlı olacaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın sabiq qolkiperi Vaqner da Silva deyib.
Hazırda Portuqaliyada "Torrense" klubunun qapısını qoruyan 36 yaşlı kiper Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın “Gent”ə qarşı oynayacağı matç haqda fikirlərini bildirib.
O, Ağdam klubunun şanslarını belə dəyərləndirib:
“Qarabağ”ın bu oyunda çox yaxşı şansı var. Sabiq komandam mərhələni keçə bilər. “Qarabağ” illərdir ki, avrokuboklarda çıxış edir. Hər zaman da əla oyun nümayiş etdirirlər. Avropada hamı “Qarabağ”I çox güclü komanda kimi qəbul edir. Fikrimcə, “Gent”lə matçlarda da “Qarabağ” əla futbolunu nümayiş etdirəcək".
Braziliyalı qapıçı Azərbaycana gələnə qədər həm ölkəsində, həm Portuqaliyada, həm də Belçikada legioner həyatı yaşayıb.
Xatırladaq ki, "Qarabağ" fevralın 16-da "Gent"lə Bakıda, bir həftə sonra isə Belçikada qarşılaşacaq.