"Turan Tovuz" növbəti transferə hazırlaşır.
Sportal.az saytına verilən məlumata görə, qərb təmsilçisinin yeni transferi Belaydi Pusi bu gün axşam saatlarında ölkəmizə gələcək.
24 yaşlı forvard öncə tibbi müayinədən keçəcək. Heç bir problem çıxmazsa, albaniyalı Tovuza yollanaraq "Turan Tovuz"la müqavilə imzalayacaq. Adıçəkilən hücumçunun "Skenderbeu" ilə müqaviləsi olsa da, o, Azərbaycan təmsilçisinə azad agent kimi keçəcək.
Albaniyalı hücumçu "Skenderbeu"dan öncə "Vlajniya"da çıxış edib.