"Arsenal"(Tula) Kamran Əliyevlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, futbolçu Azərbaycanda çıxış etmək istədiyi üçün Tula klubunda qalmayıb.
Qarşılıqlı razılıq əsasında forvardla yollar ayrılıb.
Əliyev "Sumqayıt"ın Türkiyədəki düşərgəsinə gələrək klub rəhbərliyi ilə müqavilə haqda razılıq əldə etmişdi. Onun yaxın günlərdə "Sumqayıt"la rəsmi müqavilə imzalaması gözlənilir.
24 yaşlı yarımmüdafiəçi ötən yay "Arsenal"a keçmişdi.