"Qəbələ"nin legioneri Bolqarıstan nəhənginin diqqət mərkəzindədir

18:09 - 20 Yanvar 2023

"Qəbələ"nin yarımmüdafiəçisi İsnik Alimi xarici klubların diqqət mərkəzinə düşüb.

Sportal.az saytına verilən məlumata görə, şimali makedoniyalı yarımmüdafiəçi "Levski"nin maraq dairəsindədir.

Bolqarıstanın adlı-sanlı klubu "Qəbələ"nin futbolçusunu heyətinə qatmaq istəyir.

Mənbənin iddiasına görə, Alimini Sofiya klubunun baş məşqçisi Stanimir Stoylov bəyənib. 28 yaşlı futbolçunun “Qəbələ” ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.

“Ohrid” yetirməsi olan İsnik karyerası ərzində “Noviqrad”(Xorvatiya), “Kyevo”, “Lumezzane”, “Atalanta”, “Makerateze”, “Forli”, “Vinçentza”, “Rimini”, “İmoleze”, və “Şibenik”də (Xorvatiya) oynayıb.

“Levski” hazırda Bolqarıstan çempionatında 18 turdan sonra 30 xalla 6-cı pillədədir.​

Xəbər xətti