"Sumqayıt"ın yarımmüdafiəçisi Vüsal İsgəndərli mövsümün sonuna qədər Azərbaycanda qalacaq.
Sportal.az saytına verilən məlumata görə, İsgəndərliyə "Şkendiya" və "Şkupi"dən təklifi olsa da, o, hazırkı komandasında qalmağa üstünlük verib.
27 yaşlı futbolçunun Şimali Makedoniyaya yollanmamasının səbəblərindən biri də maliyyə ilə bağlı olub. Milli komandamıza da ara-sıra dəvət edilən futbolçu "Sumqayıt"da qalaraq, “kimyaçılar”a kömək etməkdə israrlı olub.