Hücumçu axtarışlarını davam etdirən "Neftçi"nin siyahısında tanış futbolçuların da adı var.
Sportal.az saytına verilən məlumata görə, "ağ-qaralar" sabiq forvardı Baqali Dabonun da xidmətində maraqlıdır.
Mənbənin iddiasına görə, fransalı hücumçu "Neftçi"yə qayıda bilər. Hazırda Cənubi Kiprin "Apollon" klubunda oynayan Dabonun özünün də Azərbaycana qayıtmaqda maraqlı olduğu iddia edilir.
Fransalı forvardın Limassol təmsilçisi ilə müqaviləsi 2023-cü il mayın 31-də başa çatacaq. Amma klubu istəyərsə, onunla müqavilə müddətini bir il artıra bilər.
“Loryen” yetirməsi olan Dabo “Kretey”, “İstr”, “Qəbələ” və “Neftçi”də də çıxış edib.
saytlarin hazirlanmasi