Azərbaycan millisinin sabiq futbolçuları - Əfran İsmayılovla Rauf Əliyev "Kəpəz"də qalası olmayıb.
Sportal.az saytına verilən məlumata görə, təcrübəli futbolçular Gəncə klubu ilə müqavilələri olmasına rəğmən, oradan ayrılıb.
Hər iki futbolçu dünən klub rəhbərliyi ilə görüşüb və iki aylıq maaşlarından keçiblər.
Xatırladaq ki, Tərlan Əhmədovun hər iki futbolçu ilə konflikti olduğu üçün onlar əvəzedici heyətdə məşq edirdi.