"Qarabağ" "Sumqayıt"la heç-heçə etdi

18:23 - 24 Yanvar 2023

I Divizionun ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt”ın əvəzediciləri bu gün növbəti yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Vüqar Quliyevin yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Qarabağ-2” ilə qarşılaşıb. 90 dəqiqənin tamamında qapılara qol vurulmayıb (0:0).

“Sumqayıt-2” daha iki yoxlama oyunu keçirəcək. Fevralın 1-də “Qaradağ Lökbatan”la üz-üzə gələcək əvəzedicilərimiz ilk oyununu isə “Neftçi-2”-yə qarşı keçirib (1:3).

Xəbər xətti