Rusiya mətbuatı: "Qarabağ"ı "Krasnodar"a dəyişən Kadi qış transferlərinin ən yaxşısıdır

11:49 - 25 Yanvar 2023

Rusiya mətbuatı Premyer Liqanın qış transferləri arasında ən yaxşılarından ibarət siyahı tərtib edib.

Sportal.az xəbər verir ki, "Футбол24.ru" portalı bu qış "Krasnodar"ı "Qarabağ"a dəyişən Borgesi də siyahıya daxil edib. Səkkiz nəfərdən ibarət siyahıya Kadi başçılıq edib.

"Kadi Borges, 26 yaş. “Qarabağ” – “Krasnodar”, 2 milyon avro

Yanvarın 14-də “Krasnodar” Kadi Borgeslə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Braziliyalı hücumameyilli yarımmüdafiəçi təkcə Braziliyada deyil, Avropada da oynamağa vaxt tapıb. 23 yaşında Kadi Portuqaliyaya yollandı, burada nə "Eştoril", nə də "Vilafrankense"də möhkəmlənə bildi. Özü də, ikinci liqadan söhbət gedir.

Braziliyalı 2021-ci ildə "Qarabağ"la müqavilə imzaladı. Kadi burada yüksəlişə keçdi. İlyarıma futbolçu 74 oyun keçirdi, 28 qol vurub və eyni sayda da assist etdi. Borges təkcə Azərbaycan çempionatında deyil, Çempionlar Liqasının, Konfranslar Liqasının seçmə oyunlarında da qol vurub. Bu mövsüm yarımmüdafiəçi Avropa Liqasında məhsuldar ötürmələrə imza atıb. 2021/2022 mövsümündə Kadi Borges Azərbaycan çempionatının bombardiri adını qazanıb.

"Krasnodar"ın keçmiş, "Sabah"ın hazırkı baş məşqçisi Murad Musayev Kadi Borgesin Azərbaycan çempionatının ən yaxşı oyunçusu olduğunu qeyd etmişdi. Texnikalı oyuna üstünlük verən Rusiya Premyer Liqasının komandası üçün ideal olduğunu bildirmişdi".

Mirbağırağa

Xəbər xətti