"Sumqayıt"ın heyətinə qatdığı Dieqo Kariokaya digər klublara da təklif gəlib.
Sportal.az saytına verilən məlumata görə, braziliyalı "Neftçi" və bir neçə klubun transfer siyahısında yer alıb.
Amma yarımmüdafiəçi "Sumqayıt"da oynamağa üstünlük verib.
“Vitebsk”, “Yagelloniya”, “Zalaeqerzeq”də oynamış braziliyalı “Kolos”a məxsusdur və onun Ukrayna klubu ilə 2024-cü il iyunun 30-a qədər müqaviləsi qüvvədədir.