"Zirə" Viladislav Kulaçın ardından daha bir transferi həyata keçirməyə hazırlaşır.
Sportal.az saytına verilən məlumata görə, "Olimpiakos"da çıxış edən Donald Gerye Azərbaycana qayıda bilər.
"Zirə" haitili ilə razılıq əldə edib. Əsas məsələ Nikosiya klubunun Geryenin gedişinə icazə verməsidir. Futbolçunun Kipr təmsilçisi ilə altı aylıq müqaviləsi qüvvədədir. Mənbənin iddiasına görə, Gerye "Olimpiakos"u onu buraxması üçün razı sala bilib.
Hər hansı problem çıxmasa, Gerye yaxın vaxtlarda "Zirə" ilə rəsmi müqavilə imzalayacaq. "Qarabağ" və "Neftçi" klublarında oynamış yarımmüdafiəçi "Visla"(Krakov), "Alanyaspor", "Apollon" klublarının da formasını geyinib.