"Neftçi"yə kubok oyununda uduzmaq ağır idi" - MÜSAHİBƏ

14:13 - 26 Yanvar 2023

"Zirə"nin belçikalı yarımmüdafiəçisi, Premyer Liqanın 19-cu turunun "Sumqayıt"la (3:1) görüşündə komandasının qollarından birini vuran Loris Broqno Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt"ı məğlub edə bildiniz. Qələbə çox çətin alındı? 
"Sumqayıt" çox yaxşı oynadı. Çünki çox yaxşı transferləri oldu, heyətində yaxşı futbolçuları da var idi. Oyunun əvvəlində hesabı açdılar. Bizim üçün heç də asan olmadı. Amma biz öz keyfiyyətimizə çox inanırdıq və hesab 1:1 olduqdan sonra növbəti qolu vuraraq qalib gəlməyə çalışırdıq. “Zirə” üçün çox yaxşı nəticə oldu.

- Fasiləyə məğlub yollanmışdınız. Baş məşqçiniz nə dedi ki, üç qol vurub qalib gəldiz?
- Əgər “Sumqayıt”a topla oynamaq imkanı versəniz, böyük problemlərimiz yarana bilərdi. Ona görə də, topu özümüzdə komandamızda saxlamağa çalışdıq. Belədə, qol imkanları yaratmaq istəyirdik. Çalışdıq və bizdə alındı.

- “Sumqayıt”ın baş məşqçisi bildirdi ki, müdafiəçinin zədələnməsindən sonra planları pozuldu. Yəni, məğlubiyyətin əsas səbəblərindən biri bu idi. Sən bu haqda nə düşünürsən? 
- Birinci hissədə bir futbolçunu dəyişmək baş məşqçi üçün çətin olur. Təbii ki, bundan sonra onların planı dəyişir. Dediyim kimi, onların indi daha yaxşı komandası var.

- Bu matçda qol vurdun. Həmin qol sənə əlavə motivasiya verəcək? 
- Bu qol çox vacib idi. Çünki hesabı 2:1 etdim. Bundan sonra oyunda üstünlüyümüz yarandı. Dmitrios Çantakiasın qol vurmasına da kömək etdim. Künc zərbəsindən verdiyim ötürmə ilə hesabı 1:1 etdi. Bu detallar çox vacibdir. Çünki nəticədə üç xalı qazandıq.

- Vurduğun qolların davamı gələcək? Əvvəlki oyunlarla müqayisədə, səni daha çox start heyətində görmək mümkün olacaq?
- Hər oyunda əsas heyətdə yer almaq istəyirəm. Amma buna baş məşqçi qərar verir. Əgər mən hər dəfə 200 faizimi verirəmsə, niyə start heyətində yer almayım? Təbii ki, bu, gələcək üçün yaxşı motivasiyadır. Qarşıda çox oyunumuz var, komandam üçün əlimdən gələni edəcəm.

- Növbəti turda rəqib “Neftçi”dir. Qələbə qazanaraq onlara turnir cədvəlində yaxınlaşa bilərsiniz. Səncə,  bu baş verəcək?
- Bu komandaya qarşı həmişəki kimi yaxşı və çətin oyun olacaq. Biz bunu edə bilərik. Keyfiyyətimiz və hər şeydən əvvəl inamımız var. Ən yaxşısını etməyə çalışacağıq.

- “Neftçi” “Zirə”ni ölkə kubokundan kənarlaşdırdı. Bu oyuna revanş kimi baxacaqsınız?
- Bəli, kubok oyununda onlara uduzmaq ağır idi. Beləliklə, bəli, revanş almağa çalışacağıq. Yaxşı oyun olacaq.

Mirbağırağa

Xəbər xətti