Donald Gerye Azərbaycan klubunda - RƏSMİ

12:42 - 28 Yanvar 2023

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Donald Gerye ilə anlaşıb. Haitli müdafiəçi ilə yarım mövsüm+1 illik müqavilə imzalanılıb.

 

Haiti millisinin kapitanı karyerası ərzində ölkəsinin “Violette”, “Amerika des Kayes”, Polşanın “Visla”(Krakov), “Vieçesta”, Türkiyənin “Alanyaspor”, Kiprin “Apollon” və “Olimpiakos” klublarında da çıxış edib.

 

Qeyd edək ki, 33 yaşlı futbolçu daha əvvəl ölkəmizdə “Qarabağ” və “Neftçi”nin də formasını geyinib.

Xəbər xətti