Bir müddət əvvəl karyerasını bitirdiyini açıqlayan tanınmış futbolçu Əfran İsmayılov məşqçiliyə başlayacağını demişdi.
Milli komandamızın keçmiş üzvünün gələcək planları haqda maraqlandıq. Sportal.az saytına açıqlama verən İsmayılov yaxın zamanlarda bu istiqamətdə qərar verəcəyini bildirdi:
"Hazırda təkliflər var. Hələ B kateqoriyasını oxumaq istəyirəm. Yaya qədər gözləyə bilərəm. Vəziyyəti dəyərləndirirəm, təklifləri götür-qoy edirəm. İstəyirəm ki, ümumi anlayışlarım olsun. Söhbət yalnız məşqçilikdən getmir. Ola bilər ki, məşqçi kimi yox, hansısa klubda başqa funksiyanı yerinə yetirim. Amma bir yerdən başlayıb, yavaş-yavaş təcrübə yığmaq istəyirəm".
Elçin Əlixan
saytlarin hazirlanmasi