"Emin Mahmudovun müqaviləsini yeniləməyində hər hansı problemin olacağını düşünmürük"

21:33 - 28 Yanvar 2023

Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Kapitan hələ də yeni sözləşmə ilə bağlı klub rəhbərliyi ilə danışıqlar masasına əyləşməyib. 30 yaşlı yarımmüdafiəçinin yayda "ağ-qaralar"ı tərk etmək ehtimalı da var.

 

Məsələ ilə bağlı "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyevin fikirlərini öyrəndik. Sportal.az saytına danışan klub rəsmisi Emin Mahmudovla müqavilə mövzusunda hər hansı problem olacağını düşünmədiklərini dedi:

 

"Rəsmi olaraq müqavilə təklifimiz olmayıb. Amma şifahi danışıqlar olub. Emin Mahmudovun müqaviləsini yeniləməyində hər hansı problemin olacağını düşünmürük. Şifahi də olsa, klubun idman direktoru Eminlə danışıb. Sadəcə oyunlar bitsin, yəqin ki, rəsmi sözləşmə imzalayarıq".

 

Elçin Əlixan

Xəbər xətti