Azərbaycan milli komandasının forvard Mahir Emreli "Dinamo"dan ayrıla bilər.
Sportal.az saytına verilən məlumata görə, hücumçu Zaqreb klubundakı durumundan narazı olduğu üçün Xorvatiyadan ayrılmaqda israrlıdır.
Mənbənin iddiasına görə, Emrelinin xidmətində İtaliya klubu maraqlıdır. Forvard elə bu qış A seriyasının təmsilçisi ilə müqavilə imzalaya bilər. Amma hər şey "Dinamo"nun verəcəyi qərardan asılı olacaq.