"Ufa"nın futbolçusu Ruslan Fişenko Rusiyada komandasını dəyişib.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi birinci divizionda yarışan "Rodina"ya keçib.
Moskva klubu 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün qarşı tərəfə 80 min avro transfer məbləği ödəyib.
Əslən azərbaycanlı olan Ruslan 2026-cı il iyunun 30-na qədər "Rodina"ya məxsus olacaq.
Xatırladaq ki, Fişenkonun xidmətində Azərbaycandan maraqlı olan klublar olsa da, o, Rusiyada qalmağa üstünlük verib. Ruslan Azərbaycanın U-19 yığmasının sabiq üzvüdür.