"Şatoru"nun futbolçusu "Qarabağ"ın yeni transferləri haqda: "Diakabi və Benzia səviyyəli oyunçulardır"

18:19 - 29 Yanvar 2023

"Adama Diakabi hücumun sol və sağ cinahında oynaya bilir. O, sanki sol ayaqlı Zubirdir. Diakabi sürətli, cəld və topla yaxşı rəftar etməyi bacaran biridir. Bu mənada, Adamanın "Qarabağ"da özünü göstərə biləcəyini düşünürəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Şatoru"nun futbolçusu Romen Bask deyib.

Azərbaycan Premyer Liqasında “Neftçi” forması geyinmiş fransalı “Qarabağ”ın yeni, fransız transferləri haqda danışıb. 27 yaşlı futbolçu Ağdam təmsilçisinin yeni oyunçusu Adama Diakabi ilə yanaşı, Yassin Benzianı da tərifləyib. 

Baskın fikrincə, “Fənərbaxça”nın sabiq futbolçusu Azərbaycan çempionatında özünü ən yaxşı tərəfdən göstərəcək: 

"Benzia haqda da xoş fikirlər söyləmək mümkündür. O da çox yaxşı futbolçudur. Buna görə də, düşünürəm ki, Benzia “Qarabağ”da yaxşı çıxış edəcək. Həm Diakabi, həm də Benzia səviyyəli futbolçulardır".

Fransalı yarımmüdafiəçi “Ruan”, “Keviyi-Ruan”, “Havr” klublarında oynadıqdan sonra 2021-ci ildə “Neftçi”yə keçmişdi.

Mirbağırağa

Xəbər xətti