"Sabah" "Ximki"nin qolkiperi ilə maraqlanır.
Sportal.az saytına verilən məlumata görə, Masazır təmsilçisi Rusiya Premyer Liqasında yarışan klubun qapıçısı Vitali Qudiyevi yaxından izləyir.
"Ximki" ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq qapıçının Azərbaycana gəlib-gəlməyəcəyi yayda dəqiqləşəcək. 27 yaşlı qolkiperin xidmətində maraqlı olan yeganə Azərbaycan klubu "Sabah" deyil.
"Alaniya" yetirməsi olan Vitali “Ximki”yə gələnə qədər “Axmat”ın qapısını qoruyub.