Azərbaycan millisinin hücumçusu Mahir Emreli "Dinamo"nu tərk edəsi olmayıb.
Sportal.az saytına verilən məlumata görə, hücumçunun İtaliya və Belçika klublarından birində oynamaq şansı yaransa da, Zaqrebi tərk etməyəcək.
Xorvatiya klubunun rəsmiləri və məşqçilər korpusu Mahirin komandanı tərk etməsini istəməyib.
Məhz buna görə, 25 yaşlı forvard minimum yaya qədər “Dinamo”da qalmalı olub.