"Neftçi"ni tərk elə" - Emin Mahmudov sərt təpki ilə üzləşdi

19:30 - 2 Fevral 2023

Premyer Liqanın 20-ci turu çərçivəsində “Neftçi” doğma azarkeşləri önündə “Zirə”ni qəbul edib.

 

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, bakılı azarkeşlər komandanın sərgilədiyi oyundan kəskin narazı qalıb.

 

Paytaxt təmsilçisinin fəal azarkeş qruplarından olan “Neftçimania”nın üzvləri əsəblərini Emin Mahmudovun üstünə töküb.

 

Belə ki, onların ilk hissənin ortalarında“Neftçi”ni tərk elə, Mahmudov” şüarını səsləndirib. Və bu hal bir neçə dəfə davam edib.

 

Maraq üçün bildirək ki, “ağ-qaralar”la müqaviləsinin müddəti yayda başa çatacaq təcrübəli futbolçunun mövsümün sonunda komandanı tərk edəcəyi deyilir.

Xəbər xətti