Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" Niderland ikinci liqasında 23-cü turun matçına çıxıb.
Sportal.az xəbər verir ki, Kökçünün komandası "Dortrext"in qonağı olub. Qarşılaşma "Eyndhoven"in 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Start heyətində meydana çıxan Kökçü sona qədər oynayıb.
"Eyndhoven" 23 turdan sonra 39 xalla 3-cü sıradadır.