"Turan Tovuz" "Şamaxı"nı, "Sabah" "Səbail"i məğlub etdi - YENİLƏNİB

19:55 - 6 Fevral 2023

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq. Günün ilk matçı Şamaxıda baş tutacaq. Burada yerli "Şamaxı" "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 14:00-da start götürəcək.

 

Tura Masazırda yekun vurulacaq. Saat 18:00-da start götürəcək qarşılaşmada meydan sahibi "Sabah" "Səbail"i sınağa çəkəcək.

 

6 fevral (bazar ertəsi)

“Şamaxı” – “Turan Tovuz” 0:1

Qol: Tərlan Quliyev, 54
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Şamaxı şəhər stadionu

 

18:00. “Sabah” – “Səbail” 4:0 

Qollar: Mikels 4, Volkov 10, 31, Emmanuel Apeh, 83

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Şirmamed Mamedov, Cavid Cəlilov
“Bank Respublika Arena”

Xəbər xətti