"Qarabağ" Ramil Şeydayevə yeni müqavilə təklif edib.
Sportal.az Sportinfo.az saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu hazırkı sözləşməsi mövsümün sonunda başa çatacaq hücumçu ilə 2+1 illik kontrakt imzalamaq niyyətindədir.
Premyer Liqada 15 qol vuran və komanda yoldaşı Musa Qurbanlı ilə birlikdə bombardirlər siyahısına başçılıq edən forvard razılıq verərsə, qazancı indiki ilə müqayisədə 15-20 faiz artacaq.
Millinin üzvü bu çağırışa nə "hə" deyib, nə də "yox". Avropadan bəzi təkliflər aldığını bildirən Şeydayev bir müddət sonra yekun qərarını açıqlayacağını rəsmilərin diqqətinə çatdırıb.