“Möhtəşəm oyun oldu. Görüşü 90 dəqiqə ərzində izləyənlər yəqin ki, darıxmadılar. Qarşılaşmadan, meydandakı mübarizədən zövq aldılar”.
Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Ahmed Ayzaya “Qarabağ” ilə oyundan danışarkən deyib. Ayzaya klubun mətbuat xidmətinə açıqlamasında “sarı-göylər”in turnir cədvəlində yuxarı pillələrə layiq olduğunu bildirib:
“Çempionatın lideri ilə görüşdə qazandığımız bir xal yaxşı nəticədir. Xala layiq idik. Çünki meydanda sərf etdiyimiz gücün, əziyyətin sayəsində nəticə qazandıq. Biz hazırkı mövqeyimizdən daha yaxşısına layiq oyun nümayiş etdiririk. Mübarizə əzmi yüksək, nəticəyə istəkli olan kollektivimiz var”.
Nigeriyalı futbolçu deyib ki, Ağdam klubu ilə qarşılaşmada qələbə də qazana bilərdilər:
“Meydana həmişə qələbə üçün çıxırıq. Bəzən alınmır, amma sonuncu oyunumuzdan üç xalla ayrıla bilərdik. Qol vurmaq üçün imkanlarımız oldu. Oyuna da yaxşı hazırlaşmışdıq. Baş məşqçinin tapşırıqlarını məşqlərdə lazımınca yerinə yetirmişdik. O, bizi yaxşı motivasiya etmişdi. Məncə, möhtəşəm çıxış etdik”.
Bərabərlik qolunun müəllifi olan 28 yaşlı oyunçu vurduğu qoldan qısa danışıb:
“Vurduğum qol barədə çox danışmaq istəmirəm. Mükəmməl zərbə alındı. Komandama nəticə qazandırdığı üçün müəllifi olduğum zərbəyə daha çox sevindim”.
Ayzaya sonda azarkeşlərə də səslənib:
"Azarkeşlər qələbələrə hazır olmalıdırlar”.
saytlarin hazirlanmasi