"Sabah" yeni rekorda imza atdı

13:13 - 7 Fevral 2023

“Sabah” tarixinin yeni rekorduna imza atıb.

 

Sportal.az xəbər verir ki, Bakı klubu Misli Premyer Liqasında ardıcıl 4 quru oyun keçirib.

 

Murad Musayevin yetirmələri mövsümün ilk yarısını “Sumqayıt” üzərində 6:0 hesablı qələbə ilə başa vurub. 2023-cü ildə “Neftçi”ni 2:0, “Qəbələ”ni 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi ardıcıl 4 quru hesablı qələbə qazanıb. “Sabah” sonuncu dəfə XVII turun 2022-ci il dekabrın 14-də baş tutan matçında “Kəpəz”dən qol buraxıb – 2:2.

 

Bunadək bakılıların ən uzun quru seriyası 3 oyundan ibarət idi. “Sabah” 4 dəfə belə seriyaya imza atıb.

Xəbər xətti