Qanalı futbolçu dağıntıların altından çıxarıldı

11:02 - 7 Fevral 2023

Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağıntıların altında qalmış "Hatayspor"un futbolçusu Kristian Atsudan xəbər var.

 

Sportal.az xəbər verir ki, xilasedicilər qanalı yarımmüdafiəçini binanın dağıntılarının altından çıxara biliblər. Bu barədə "Hatayspor" rəsmisi Mustafa Özat məlumat verib. Kristian Atsu hazırda xəstəxanadadır. Təcrübəli futbolçu ayağından yaralanıb.

 

"Hatayspor"un idman direktoru Taner Savutdan isə hələ də məlumat yoxdur. Onun dağıntıların altından çıxarılması üçün tədbirlər görülür.

Xəbər xətti