"Qarabağ" "Gent" səddini keçmək üçün yaxşı şansa sahibdir"

17:21 - 7 Fevral 2023

"Qarabağ"ın nəyə qadir olduğunu mən çox yaxşı bilirəm. Avropada da, bunu bilənlər az deyil. Çünki “Qarabağ” avrokuboklarda uğurlu çıxış edir".

Bu sözləri Sportal.az saytına açıqlamasında Faysal Rerras deyib.

29 yaşlı futbolçu Mərakeş millisinin sabiq üzvü olsa da, Belçikada dünyaya gəlib və bu ölkənin futbolunu daha yaxşı bilir. Hazırda da Belçikanın “Vize” klubunda oynayan Faysal Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Gent” görüşü barədə fikirlərini bildirib: "Bəli, Belçika futboluna yaxşı bələdəm. "Gent"ə qarşı az oynamamışam. Bu komandanın heyətində çox yaxşı futbolçular var. Maraqlı və əla oyun olacağını ehtimal edirəm. "Qarabağ" "Gent" səddini keçmək üçün yaxşı şansa sahibdir. Böyük ehtimalla Belçikadakı matçda oyunu stadiondan izləyəcəm. Alınsa, “Qarabağ”ın düşərgəsinə ziyarət edəcəm. "Qarabağ"a uğurlar arzu edirəm".

Mirbağırağa

Xəbər xətti