"Neftçi" qış "transfer pəncərəsi" zamanı heyətinə üç yeni futbolçu cəlb etdi.
Sportal.az xəbər verir ki, Höccət Haqverdi, Kilan Lebon və Mateus Saldanya ilə müqavilə imzalandı.
Saytımıza daxil olan məlumata görə, "ağ-qaralar"ın transfer siyahısında yer alan futbolçulardan biri də Jeremi Manzorrodur.
Mənbənin iddiasına görə, 31 yaşlı hücumameyilli yarımmüdafiəçi "Neftçi"yə təklif edilib. Fransalının bu komandaya keçib-keçməyəcəyi ən yaxşı halda, yayda bəlli olacaq. Hazırda isə fransalı klubsuzdur.
Karyerası ərzində “Reyms”, “Çernomorets”(Burqas), “Anortosis”, “Slaviya”(Sofiya), “Paykan”, “Suduva”, “Jalqris”, “İrtış”, “Şaxtyor”(Karaqanda), “Tobol” klublarında oynamış Manzorronun son klubu “Astana” olub.