Tula “Arsenal”ından ayrılan Kamran Əliyev təxminən bir aydır ki, “Sumqayıt”ın düşərgəsindədir. Futbolçu Samir Abasovun rərhbərliyi altında Antalya toplanışında iştirak etsə də, hələ də onunla rəsmi müqavilə imzalanmayıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə, “Sumqayıt”ın işi dolaşığa düşüb. Belə ki, cari mövsüm artıq 14 legioner sifariş etdikləri üçün növbəti əcnəbiyə görə 50 min manat ödəmək məcburiyyətindədilər. Kamran Əliyev də Rusiya pasportu daşıdığından “Sumqayıt” çıxılmaz vəziyyətə düşüb. Ona dəvət göndərərkən PFL-in bu məsələdə güzəştə gedəcəyini düşünən klub rəhbərliyi qarşı tərəfin prinsipial mövqeyi ilə üzləşib.
Hadisələrin bu cür axar aldığını görən “Sumqayıt”ın prezidenti Riad Rəfiyev şəxsi əlaqələrini işə salıb. Rəfiyev AFFA-nın vasitəsi ilə Kamran Əliyev üçün Azərbaycan pasportu almağa çalışır. Əliyevin pasport məsələsinin fevral ayının sonuna qədər həllini tapması gözlənir.
Qeyd edək ki, Premyer Liqada çıxış edən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50 min manat müəyyənləşdirilib.
saytlarin hazirlanmasi