Bundesliqa klubunun baş məşqçisi açıqlandı

14:30 - 8 Fevral 2023

Almaniyanın "Hoffenhaym" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisini Pelleqrino Mataratso çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssislə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Pelleqrino Mataratso "Hoffenhaym"ın baş məşqçisi postunda Andre Braytenrayteri əvəz edib. Amerikalı mütəxəssisin son iş yeri "Ştutqart" olub.

 

Elçin

Xəbər xətti