"Qarabağ" qış "transfer pəncərəsi" zamanı heyətinə qapıçı cəlb edə bilməsə də, siyahıda bir neçə qolkiperin adı olub.
Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi "Omoniya"nın qapıçısı Fransis Uzohonu heyətinə qatmaq niyyətində olub.
Nigeriyalı kiper üçün klubu ilə danışıqlar da aparılıb. Amma "Qarabağ" 24 yaşlı qolkiperi transfer edə bilməyib.
"Qarabağ"ın Uzohonu transfer etmək üçün yayda danışıqları bərpa edib-etməyəcəyi dəqiq deyil.
2017-ci ildən Nigeriya millisinin qapısını qoruyan Fransis "Deportivo", "Elçe", "Anortosis", APOEL klublarında çıxış edib.