"Kəpəz"dən ayrıldıqdan sonra mənə "Akademiya Pandev"dən təklif gəldi. Olduqca maraqlı təklif idi. Həm də, gələcəyim üçün yaxşı addım olacağını düşündüm. Ona görə də, hazırkı klubumla anlaşdım".
Bu sözləri Sportal.az saytına açıqlamasında Mixeil Erqemlidze deyib.
Yayda "Sabah"dan ayrıldıqdan sonra "Kəpəz"ə keçmiş gürcü Gəncə klubunda qalmamasına münasibət bildirib: "Kəpəz"dən ayrıldıqdan sonra Azərbaycan klublarından mənə təklif və zəng gəlməmişdi. Tərlan Əhmədov baş məşqçi postuna gələndə, dərhal bildim ki, dekabrdan sonra komanda qalmayacam. Çünki bir oyunda komandada hücumçu ola-ola, vingeri mərkəz hücumçusu kimi oynatdı. Orada artıq başa düşmək olardı hər şeyi".
Erqemlidze hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşan "Kəpəz"in uğursuz çıxışına da şərh verib. Bununla yanaşı, o, yenidən Azərbaycana qayıtmaq istəyib-istəməməsindən söz açıb: "Komanda ilk yarını hər zaman çox yaxşı oynayır. Baş məşqçi ikinci hissə üçün düzgün və cəld qərarlar verməlidir. Bu, mənim fikrimdir. Başqa şərh verə bilmərəm. Azərbaycana qayıtmaq məsələsinə gəlincə, hələ ki, planım Avropada qalmaq, buralarda oynamaqdır. Sonrasına baxarıq".
Mirbağırağa