"Redon Cica Albaniyada çox yaxşı futbolçu hesab edilirdi. "Qarabağ"a keçən kimi artıq iki oyunda meydana çıxıb. Məncə, o, özünü yaxşı tərəfdən göstərə bildi. Cica zamanla daha yaxşı oynayacaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Ervin Bulku deyib.
Albaniya millisində köməkçi məşqçi, U-17 yığmasında isə baş məşqçi kimi çalışan Bulku "Qarabağ"ın yeni transferi barədə fikirlərini bildirib.
Vaxtı ilə Azərbaycanda AZAL forması geyinmiş Ervinin fikrincə, Cica "Qarabağ"da uğurlu ola bilər: "Hər halda, "Qarabağ" onu uzun müddət idi izləyirdi. Sonda onu transfer etmək qərarı veriblər. O, "Tirana"da çox qol vurmuşdu. Tez adaptasiya olsa, qollarının davamını "Qarabağ"da gətirəcək".