"Qəbələ", "Sabah" və "Səbail" cərimələndi

15:31 - 10 Fevral 2023

İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün baş tutan iclasda aşağıdakı qərarlar qəbul edilib:
 

Misli Premyer Liqasının XXI turunun “Zirə” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39);

 

XXI turun “Sabah” – “Səbail” oyununda “Səbail” klubunun oyunçusu Rahid Əmirquliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılır, klub 200 manat cərimə olunur (maddə 47.1);

 

“Sabah” klubunun oyunçusu Con İrasabal rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);

Xəbər xətti