"Yenidən Premyer Liqada oynamaq üçün şansdır"

20:17 - 10 Fevral 2023

Azərbaycan millisinin sabiq üzvü Elnur Cəfərov qışda "Qaradağ Lökbatan"dan ayrılaraq "Kəpəz-2"yə keçdi.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi birinci divizionun 16-cı turu çərçivəsində "Kəpəz-2" - "Zirə-2" görüşündə fərqlənərək komandasına qələbə qazandırıb. Cəfərov saytımıza açıqlamasında Gəncə klubunun əvəzedici heyətinə əsas komandaya yüksəlmək və yenidən Premyer Liqada oynamaq şansı qazanmaq məqsədi ilə keçdiyini bildirib:

"Bəli, artıq komandanın heyətində oyuna da çıxmışam və  qol vurdum. Yenidən Premyer Liqada oynamaq üçün şansdır. Özümü burada yaxşı göstərib əsas komandaya yüksələ bilərəm. "Kəpəz-2"yə gəlməyimin əsas məqsədi budur".

Xəbər xətti