Türkiyəli məşqçi "Qarabağ"ın formasını satışa çıxardı: "Ölkə olaraq çox çətin günlərdən keçirik" - FOTO

13:14 - 11 Fevral 2023

"Qarabağ"ın sabiq məşqçisi Mehmet Ak Ağdam klubununun formasını satışa çıxarıb.

Sportal.az xəbər verir ki, türkiyəli məşqçi Azərbaycan çempionunun formasının satışından əldə olunacaq gəliri Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndərəcək. 

Hazırda Türkiyə ikinci liqasında yarışan "Karacabey Belediyyespor"un baş məşqçisi olan Ak saytımıza açıqlamasında məsələ haqda bunu deyib: "Belə hadisə ilə qarşılaşdığımız üçün çox üzgünük. Ölkə olaraq çox çətin günlərdən keçirik. Türk milləti bu çətin anları əl-ələ verərək, birlikdə geridə qoyacaq. Azərbaycandan da minlərlə insan Türkiyəyə yardım üçün çalışdı. Biz də əlimizdən gələni etdik.

Forma satışına gəldikdə, "Qarabağ"la birlikdə kuboku qazandığımız ildəki formadır. Forma evimdə qalınca, azərbaycanlı fanatın evində qalmasını daha uyğun hesab etdim. Ona görə də, satışa çıxardım. Gəlirini də zəlzələdən əziyyət çəkən insanlara göndərəcəyəm. Əgər istəyən olarsa, formanı göndərərəm. Belədə, forma "Qarabağ" azarkeşinin kolleksiyasına gedər. Gələcək kiçik yardımı da zəlzələdən əziyyət çəkənlərə yollayarıq".
 

 

   Mirbağırağa

Xəbər xətti