Türkiyə klubu Mahir Emrelini transfer edir

20:33 - 11 Fevral 2023

Xorvatiyanın "Dinamo" klubunda çıxış edən Mahir Emreli karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçunun xidmətində "Konyaspor" maraqlıdır. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. 

 

Super Liqa təmsilçisi Mahir Emrelini satınalma maddəsi ilə icarəyə götürəcək. Transferin bir neçə günə tamamlanacağı bildirilir.

 

Qeyd edək ki, Mahir Emreli ötən ilin yanvar ayından "Dinamo"da çıxış edir. O, cari mövsümdə Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 13 matçda 3 qol vurub.

Xəbər xətti