İsgəndər Cavadov: "Kəpəz" bu gün yetim kimi qalıb"

16:39 - 12 Fevral 2023

“Turan Tovuz”un yeni sponsorla müqavilə imzalaması Azərbaycan futboluna adına çox müsbət məqamdı”.

 

Sportal.az xəbər verir ki, Futbolxeber.az saytına müsahibəsində bunu AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov deyib.

 

Dünən Tovuzda baş tutan Qərb derbisini canlı izləyən Cavadov qeyd edib ki, “Turan Tovuz”dan fərqli olaraq “Kəpəz”in sponsor tapa bilməməsi komanda üçün mənfi məqamdı:

 

“Təəssüf ki, Gəncədə sponsor yoxdu. “Kəpəz” bu gün yetim kimi qalıb. Komandanın nə stadionu var, nə normal şəraiti. Adicə məşq etmək üçün belə şərait yoxdu. Halbuki Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridi. Orda futbolu mütləq qaldırmaq lazımdı. Bunun üçün sponsorların cəlb olunması mütləqdi”.

Xəbər xətti