Mahir Emreli Konyada, bu gün müqavilə imzalayacaq

11:24 - 13 Fevral 2023

Azərbaycan millisinin forvardı Mahir Emreli Xorvatiyanı tərk edərək Türkiyəyə yollanıb.

Sportal.az xəbər verir ki, Emreli artıq Konya şəhərindədir. Futbolçu bu gün “Konyaspor”la müqavilə imzalayacaq.

Mənbənin iddiasına görə, Emreli Türkiyə Superliqasının təmsilçisinin heyətində altı aylıq icarə əsasında çıxış edəcək.

Onun “Dinamo” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Xəbər xətti