Türkiyənin "Konyaspor" klubu Zaqreb "Dinamo"sundan Mahir Emrelini transfer etdiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 25 yaşlı hücumçu mövsümün sonunadək icarə əsasında "ağ-yaşıllar"da oynayacaq.
"Konyaspor" Mahirlə birlikdə "Mançester Siti"dən 26 yaşlı yarımmüdafiəçi Marlos Morenonu mövsümün sonuna kimi icarəyə götürüb.
Yaxın günlərdə hər iki futbolçu üçün Konya Şəhər Stadionunda imza mərasimi təşkil olunacaq.
saytlarin hazirlanmasi